Oyun zallarından oğurluq edən şəxslər saxlanılıblar

Paytaxt ərazisində internet klubdan və oyun zallarından oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Səbail rayonunun Xanlar küçəsindəki oyun zallarının birindən 2 ədəd televizor, 6 ədəd oyun aparatı və 22 ədəd pultun oğurlanması barədə 8-ci Polis Bölməsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Kamil Muradov, Kənan Nəcəfov, İbrahim Novruzov və Oktay Əliyev olduqları müəyyən edilib. Nəsimi Rayon Polis Şöbəsinnin 19-cu Polis Şöbəsinə müraciət edən Kəngərli rayon sakini S.Quliyev isə Cavadxan küçəsində icarə əsasında işlətdiyi internet klubun kassasından 1200 manatın oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən orada işləyən Tovuz rayon sakini Nurlan Məmmədəliyev saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












