Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır

Özbəkistan Nəvoi-Türkmənbaşı-Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizinin istifadəsində maraqlıdır. Bunu Trend-ə müsahibəsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib. Onun sözlərinə görə, bu marşrut Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanın dəmir yollarını Türkiyənin nəqliyyat şəbəkəsi ilə əlaqələndirəcək və Özbəkistana Mersin limanı vasitəsilə Aralıq dənizinə çıxış imkanı verəcək. Səfir həmçinin bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyayev ölkənin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yüklərin daşınması marşrutlarının şaxələndirilməsi üzrə kompleks proqramı təsdiq edib: “Proqramın təsdiq olunmasından sonra Özbəkistan 2018-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu ilə pilot tranzit layihələr planlaşdırmağa başladı. Bu proqram Azərbaycan-Gürcüstan-Türkiyə-Aİ vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında Özbəkistanın iştirakını nəzərdə tutur. Özbəkistan həmçinin bu dəhlizi Poti, Batumi və Çernomorsk limanlarına və daha sonra Yaxın Şərq və Şimali Afrika ölkələrinə çıxış imkanı kimi nəzərdən keçirir”.
Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu “Yeni İpək yolu” mərkəzi dəhlizinin vacib tərkib hissəsi kimi “Bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına böyük töhfə verəcək və yerüstü, dəniz və hava nəqliyyatının inkişaf proqramlarının təşviqinə xidmət edəcək.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












