Özünü güllələyən gənclə bağlı: "Evin tək oğlu idi"

Ağdaş rayonunda baş verən müəmmalı intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Güvəkənd kəndində güllələndiyi deyilən 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu ilə bağlı təfərrüatlar məlum olub.
Yenicag.az-a açıqlama verən Güvəkənd bələdiyyəsinin icra nümayəndəsi hadisədən danışıb:
“Əvəz göldə işləyirdi, evin tək oğlu idi. O, hadisəni iş yoldaşının ov tüfəngi ilə törədib. Həmin adam dəfn mərasiminə də gəlmişdi. Səhər tezdən uşaq işə gedib, heç bilinmir nə vaxt özünü vurub. Onu gölün qırağında keçinmiş vəziyyətdə tapıblar. Özünü öldürüb, ya kim öldürüb, heç kim heç nə bilmir. Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Yas yerində oldum. Oğlanın atası hadisədən şok keçirib. Bu gün eşitdik, dedilər, göl sahibini həbs ediblər”.
Qeyd edək ki, Əvəz Babayev ağzından güllə yarası alaraq dünyasını dəyişib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












