Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI

Böyük Britaniyanın keçmiş müstəmləkə siyasətinin nəticələri bu gün də müxtəlif regionlarda münaqişələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bildirib ki, London yeni yaranan dövlətlər arasında sərhədləri müəyyənləşdirərkən gələcək riskləri nəzərə almayıb və bu, onilliklər sonra da gərginliklərə yol açır.

Onun sözlərinə görə, Afrikanın bir sıra ölkələri arasında sərhədlərin düz xətlə çəkilməsi, Pakistanla Hindistan arasında Kəşmirin bölünməsi, eləcə də Pakistanla Əfqanıstan arasındakı 1893-cü il “Dürand xətti” bu gün də mübahisə mövzusudur. Politoloq qeyd edir ki, Əfqanıstan “Dürand xətti”ni rəsmi sərhəd kimi tanımır və tərəflər bir-birini sərhəd pozuculuğunda ittiham edir.
“Elə ki, iki ölkə arasında sərhədin hüquqi statusu ilə bağlı razılaşma yoxdur, gərginlik tam aradan qalxmayacaq”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Politoloq hesab edir ki, hazırkı toqquşmalar uzunmüddətli müharibəyə çevrilməyə bilər. Türkiyə iki dövlət arasında atəşkəsə nail olmaq üçün diplomatik təşəbbüslər göstərir və xarici işlər naziri Hakan Fidan pakistanlı və əfqan həmkarları ilə telefon danışığı aparıb. Lakin əldə olunacaq mümkün atəşkəs müvəqqəti xarakter daşıya bilər.
Elxan Şahinoğlu əlavə edib ki, bölgədəki qeyri-sabitlik Pakistan və Əfqanıstandan keçməsi planlaşdırılan nəqliyyat dəhlizlərini sual altına alır. Çin Pakistanla strateji tərəfdaşdır və rəsmi Pekinin Əfqanıstanın resurslarından və tranzit imkanlarından istifadə planları mövcuddur. Çin rəhbərliyi Talibanla müxtəlif iqtisadi razılaşmalar imzalayıb.
Politoloqun fikrincə, Rusiya–Ukrayna müharibəsi Çinin iqtisadi maraqlarına birbaşa təhlükə yaratmır, əksinə Pekin Rusiyadan ucuz enerji resursları əldə edir. Pakistan–Əfqanıstan qarşıdurması isə Çinin regional layihələrinə birbaşa təsir göstərə bilər. Bu səbəbdən Pekinin də Ankara kimi gərginliyin azaldılması üçün vasitəçilik təşəbbüsü ilə çıxış etməsi mümkündür.
Lakin politoloq vurğulayır ki, istənilən vasitəçilik təşəbbüsünün uğuru yenə də Əfqanıstan–Pakistan sərhədinin qeyri-müəyyən statusu məsələsinə dirənəcək.
Eltac Zülfüqaroğlu
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












