“Palmali” gəmisində aclıq: ekipaj üzvləri arasında azərbaycanlı da var

Bir aydan çoxdur aclıq elan edən Türkiyənin “Palmali” şirkətinə (şirkətin rəhbəri - türkiyəli və azərbaycanlı iş adamı Mübariz Mənsimovdur - red.) məxsus “Riroyl-2” gəmisinin ekipaj üzvlərinin sağlamlığı pisləşir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, gəmi sahibi dənizçilərin maaşların verilməsi tələbini yerinə yetirmir, onlar Rusiya ilə sərhədə yaxınlaşmaq niyyətindədirlər. Ekipaj üzvləri sentyabrın 1-də maaşların gecikməsi səbəbindən aclıq aksiyasına başlayıb. “Palmali” şirkətinin ümumilikdə ekipaj üzvlərində 200 min dollardan çox borcu var. Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının mətbuat xidmətinin məlumatına əsasən, ekipaj üzvü doqquz rusiyalı və bir Azərbaycan vətəndaşından ibarətdir. Onlar gəmidə altı ay işləyiblər. Maaşlarla bağlı problem isə ötən ildən başlanılıb. Hazırda “Riroyl-2” gəmisi Qara dənizdə, Kerç boğazından 12 mil aralıdadır. Azov-Don Həmkarlar İttifaqından bildirilib ki, “Palmali” şirkəti 4 gəminin - “Riroyl-5”, “Riroyl-3”, “Riroyl-2” və “Adriatik Mariner”in ekipaj üzvlərinə maaşları ödəmir. Maaşlarla bağlı problem səbəbindən Malta bayrağı ilə üzən “Riroyl-5” gəmisi də Azov limanında aclıq elan etmişdi. Nəqliyyat prokurorluğunun işə qarışmasından sonra türk şirkəti Azov və Rostov-na-Don limanlarında dayanan tankerlərə olan 6 milyon rubl (91 min dollar - red.) borcu ödəmişdi və aksiya dayandırılmışdı. Qeyd edək ki, “Palmali” şirkətində əvvəllər də bu cür problemlər olub.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












