Papa danışan zamanı lal uşaq səhnəyə çıxdı: "Buraxın, oynasın" – VİDEO

Roma Papası Fransiskin Vatikanda çıxışı zamanı zalda maraqlı anlar yaşanıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, səhnəyə çıxan azyaşlı oğlan Papanın yanında dayanan mühafizəçiyə yaxınlaşaraq onunla oynamaq istəyib. Mühafizəçinin qolunu dartan uşaq onun reaksiya vermədiyini gördükdə səhnədə dövrə vurub. Bir neçə saniyə sonra uşağın bacısı səhnəyə çıxaraq qardaşını düşürməyə çalışsa da, cəhdləri boşa çıxıb. Bu zaman uşağın anası səhnəyə gələrək Papadan üzr istəyib, bildirib ki, övladı danışma və eşitmə qüsurludur. Papa isə "buraxın oynasın", - deyib və gülümsəyərək uşağı sığallayıb. "Bu uşaq lal və kardır. O, danışa bilmir, amma ünsiyyət yarada bilir. Burada məni düşündürən bir məqam var. O da uşağın sərbəstliyidir. O, azaddır, istədiyini edir. Məni bir şey düşündürür: görəsən, mən də Allah qarşısında belə azadam?" - Papa söyləyib. Onun bu sözləri alqışlanıb. Papanın dediyinə görə səhnəyə çıxan ailə əslən Argentinadandır.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












