Paris metro stansiyalarının adları dəyişdirildi - Səbəb

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun bir neçə stansiyasının adları dəyişdirilib.
Avtosfer.Az xəbər verir ki, Paris metrosunun altı stansiyasının adlarına dəyişiklik edilib. Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.
Məsələn, “Notr-Dam-De-Şam” stansiyası komandanın baş məşqçisi Didye Deşamın şərəfinə “Notr-Dam-Didye-Deşam”, “Viktor Hüqo” stansiyası isə qapıçı Uqo Lyorisin şərəfinə “Viktor Uqo Lyoris” adlandırılıb.
Xatırladaq ki, iyulun 15-də keçirilən final matçında 4:2 hesabı ilə Xorvatiya millisini məğlubiyyətə uğradan Fransa yığması futbol tarixi ərzində ikinci dəfə (İlk dəfə 1998-ci ildə çempion olub) dünya çempionatının qızıl medalını qazanıb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












