Parklanmaya görə qonşusunu öldürənə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Vidadi Rzayevın (1960-cı il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.az-ın məlumatına görə, bu il yanvarın 14-də paytaxt sakini Şahin Ələsgərovun (1970-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal RPİ 29-cu polis bölməsinə məlumat daxil olub.
Araşdırmaya başlayan polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, hadisə Xıdır Mustafayev küçəsində qeydə alınıb. Məlum olub ki, Vidadi Rzayev aralarında yaranmış mübahisə zamanı qonşusu Şahin Ələsgərova çoxsaylı bıçaq zərbələri vurub. Cinayəti törədən Rzayev saxlanılıb.
Məlum olub ki, Şahin Vidadiyə avtomobilini yolda saxladığı üçün dəfələrlə iradını bildirib. Sonuncu dəfə qonşular arasında mübahisə düşdükdə Rzayev Ələsgərovu bıçaqlamaq qərarına gəlib. Şahin axşam evdən çıxıb, çörək almaq üçün həyətə düşəndə Vidadi bıçaqla ona ölümlə bilavasitə səbəbli əlaqəsi olan xəsarətlər yetirib.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 17 il 6 ay cəza təyin olunmasını xahiş edib.
V.Rzayevin müdafiəçisi çıxış etmək üçün vaxt istəyib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












