Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI

Ermənistan hökumətinin Rusiyadan göndərilməsi planlaşdırılan humanitar yardımdan imtina etməsi siyasi müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı bildirib ki, Ermənistanın Rusiyanın müxtəlif dövlət qurumları vasitəsilə Qarabağ ermənilərinə göndərmək istədiyi humanitar yardımdan imtina etməsi təsadüfi qərar deyil. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu artıq bağlanmış hesab olunur.

Politoloq qeyd edib ki, Paşinyan bu mövqeyini iki gün əvvəl Avropa Parlamentindəki çıxışı zamanı da açıq şəkildə ifadə edib. Baş nazir bildirib ki, Qarabağdan köçən ermənilərin böyük hissəsinə artıq Ermənistan vətəndaşlığı verilib və onların geri dönüşü ilə bağlı siyasət real deyil. Paşinyanın sözlərinə görə, bu mövzunun yenidən gündəmə gətirilməsi Azərbaycanla münasibətlərin yenidən gərginləşməsinə səbəb ola bilər.
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan bu məsələyə nöqtə qoymağa çalışdığı bir vaxtda Kreml “humanitar yardım” adı altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır. Onun fikrincə, Rusiyanın bu addımı həm regiondakı proseslərə təsir göstərmək, həm də Ermənistanın daxili siyasi həyatında rol oynamaq məqsədi daşıya bilər.
Politoloq xatırladıb ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyacı olduğunu bildirib. Lakin Şahinoğlunun sözlərinə görə, Ermənistan rəhbərliyi artıq Moskvaya bu yardıma ehtiyac olmadığını açıq şəkildə çatdırıb.
Ekspert vurğulayıb ki, buna baxmayaraq, Kreml humanitar yardım məsələsində israr etməklə Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışır. Onun sözlərinə görə, Paşinyan hökuməti bu məsələdə qəti mövqe nümayiş etdirib və Rusiyadan göndərilməsi planlaşdırılan “humanitar yardımların” qarşısı alınıb.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












