Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkəsinin Rusiya ilə münasibətlərinə dair diqqətçəkən fikirlər səsləndirib.
Avtosfer.az xəbər verir ki, baş nazir aprelin 15-də parlamentdə bildirib ki, Ermənistan–Rusiya münasibətləri hazırda indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. O, əksini iddia edənləri isə “xarici agentlər” adlandırıb.

Politoloq Elxan Şahinoğlu bu açıqlamanı şərh edərək bildirib ki, Paşinyan münasibətlərin real vəziyyətini olduğundan fərqli təqdim etməyə çalışır. Onun sözlərinə görə, Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə son görüşü iki ölkə arasında münasibətlərin o qədər də hamar olmadığını göstərir.
Politoloq qeyd edib ki, hətta iqtisadi göstəricilər də münasibətlərdə geriləmənin olduğunu təsdiqləyir. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Halbuki bu göstərici iki il əvvəl 11 milyard dollar idi.
Elxan Şahinoğlunun fikrincə, Paşinyanın bu cür bəyanat verməsi daha çox daxili siyasi məqsədlərə hesablanıb. O bildirib ki, baş nazir seçki ərəfəsində seçicilərə vəziyyətin sabit olduğu mesajını verməyə çalışır, eyni zamanda Moskvaya münasibətləri gərginləşdirməmək siqnalı göndərir.
Politoloq əlavə edib ki, Rusiya tərəfində Ermənistan istiqamətinə məsul şəxs olan Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko erməni tərəfi ilə təmaslardan yayınır. Bu isə münasibətlərdə müəyyən soyuqluğun olduğunu göstərir.
Bununla belə, ekspert hesab edir ki, Kreml Paşinyana qarşı tam alternativ formalaşdıra bilmədiyi üçün parlament seçkilərindən sonra yenidən onunla işləmək məcburiyyətində qala bilər.
Politoloq həmçinin Paşinyanın çıxışında müxalifətə yönəlmiş fikirlərə də toxunub. Onun sözlərinə görə, baş nazir rəqiblərini Azərbaycanla mümkün müharibədə maraqlı olmaqda ittiham etməklə onları ciddi şəkildə tənqid edib.
Elxan Şahinoğlu bildirib ki, Ermənistan müxalifətinin “sülh şərtlərinə yenidən baxılması” ilə bağlı çağırışları reallıqdan uzaqdır. Çünki tərəflər artıq bir-birinin ərazi bütövlüyünü tanıyıb və sülh sazişi üzrə əsas prinsiplər razılaşdırılıb.
Ekspertin fikrincə, bu cür yanaşmalar keçmişdə uzun illər nəticəsiz qalan danışıqlar prosesini xatırladır və regionda sabitliyə töhfə vermir.
Eltac Zülfüqaroğlu
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












