Paytaxt avtobuslarına qənim kəsilən cibgirlər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, mayın 22-də saat 18 radələrində Nəsimi rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini A.Məhərrəmovun cibindən 120 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Hakim Quluyev olduğu müəyyən edilib. A.Məhərrəmova məxsus mobil telefon və həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb. Mayın 23-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini T.İbadovun cibindən 35 manatı oğurlamaqda şübhəli bilinən şəxs isə ərazidə xidmət aparan 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanıb.
Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramal Camalov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Fidan
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












