Paytaxt yollarında son vəziyyət açıqlandı - FOTOLAR

Hazırda yağıntılı hava şəraitinin davam etməsi paytaxt yollarında bəzi istiqamətlərdə nəqliyyatın hərəkətini çətinləşdirib, sıxlıq yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Yol polisi əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görürlər.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
18. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Sürücülərə sürət həddinə əməl edilməsi, düzgün ara məsafəsi saxlaması və piyadalara qarşı diqqətli olmaları tövsiyə edilir.
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI














