Paytaxtda və regionlarda əməliyyat: həbs olunanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən əməliyyat keçirilib.
Avtosfer.Az xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənovdan 230 qram heroin götürülüb.
Daha bir əməliyyat Goranboy rayonunda keçirilib.
Əldə edilən məlumat əsasında Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sarovlu kənd sakini Xəqani Rzayev saxlanılıb.
Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Oxşar əməliyyat Lənkəranda da baş tutub. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Nüvədi kənd sakini Teymur Teymurova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar edilib.
Hər üç faktla bağlı cinayət işi başlanıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












