Paytaxtın 2 rayonunda iməclik keçirilib - FOTO

Prezident İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır. Bu işlər çərçivəsində paytaxtın bütün rayonlarında iməcliklər keçirilir. Belə ki, növbəti iməclik paytaxtımız Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında təşkil olunub. Hər iki rayonunu rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin iştirakı ilə Səbail rayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib. İməcliklərdə zamanı ərazində təmizlik işləri görülüb, mövcud ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağaclarin damcı üsulu ilə suvarılmaı üçün su xətləri çəkilib, köhnələri isə təftiş olunub.
Hər iki rayonda keçirilən iməclikdə Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd yeni zeytun və badam ağacları əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanıb. Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olub. Mövsüm ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcək.
Fidan
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Bəzi avtomobil idarəçilərinin heç sürücülük də vəsiqəsi yoxdur - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO















