Paytaxtın “Abad məhəllə”lərində idman yarışlarına start verildi - FOTO

Prezident Ilham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər bir güşəsində, o cümlədən paytaxtımız Bakı şəhərinin bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır. «Abad məhəllə» layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsüsə nyeniyetmə və gənclərin istifadəsinə verilir. Artıq bir neçə gündür ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən «Abad məhəllə» layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanmışdır.
Yeni salınmış məhəllələrdə mini futbol və şahmat turnirləri çərcivəsində ilk yarışa Nizami rayonunda start vermişdir. Nizami rayon bələdiyyəsinin meydancasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti Başçısının muavini Gülnaz İsrafilova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak etmiş, yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulamışlar. Sonra ilk oyun keçirilmişdir. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonunlarında 2 həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə mini futbol yarışına başlanmışdır.
Paytaxtın rayonlarında yeni istifadəyə verilmiş «Abad məhəllələr» də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxtın rayon Gənclər və İdman İdarələrinin təşkilatşılığı ilə keçirilən mini futbol və şahmat üzrə turnirlər 2 mərhələdə - rayondaxili və şəhər final mərhələsi üzrə keçiriləcəkdir. Ümümilikdə hər iki mərhəllə üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmənin ( ümümilikdə 1500 nəfər) iştiraki nəzərdə tutulmuşdur.
Həyət sakinləri bu yarışları böyük maraqla izləyirlər.
Fərid
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
















