Pekin aeroportunda 100 milyonuncu sərnişin

Pekin "Paytaxt” beynəlxalq hava limanı cari il üçün 100 milyonuncu sərnişini qəbul edib. Avtosfer.az xəbər verir ki, bununla Pekinin "Paytaxt” hava limanı il ərzində xidmət göstərdiyi sərnişinlərinin sayı 100 milyona çatan ikinci aeroport olub. ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson aeroportu 2015-ci ildə bu göstəriciyə nail olub.
Qeyd edək ki, Pekin "Paytaxt” hava limanı həm də sərnişin daşıma sayına görə Atlanta aeroportundan sonra dünyada ikincidir. Çinin "bir nömrəli qapısı” hesab olunan "Paytaxt” aeroportu ölkədə 3 terminalı, 3 uçuş-enmə zolağı və 2 dispetçer qülləsi olan yeganə hava limanıdır. Ümumilikdə 105 yerli və xarici aviasiya şirkətinin təyyarələri Pekindən dünyanın 296 şəhərinə uçuşlar həyata keçirir. Hazırda "Azərbaycan Hava Yolları” QSC (AZAL) də həftədə iki dəfə Bakı-Pekin-Bakı reysi ilə müntəzəm uçuşlar yerinə yetirir. (xəzərxəbər)
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










