Penitensiar xidmət qadağan olunmuş əşyaların keçirilməsinin qarşısını alıb – FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Salayev Sulidin Bibiqulu oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Abşeron rayon sakini Salayev Aqil Bibiqulu oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 1,067 qram "Heroin” və 0,027 qram "Metamfetamin” psixotrop maddəsi aşkar edilib.
Həmçinin 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.11; 181.3.2; 185.2.1; 333.2; 170.3; 62 və 66.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əhmədov Ülvi Rauf oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Salyan rayon sakini Əhmədov Zülfi Rauf oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman göyərtinin içində gizlədilmiş 14,868 qram tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO













