Pentensiar Xidmətin əməkdaşı məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. M.İlyasov özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadəsində heç kəsə qarşı dələduzluq etmədiyini, eyni zamanda rüşvətə təhrik etmədiyini söyləyib: "Bu işdə mənim heç bir günahım yoxdur". Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib. İttiham aktına əsasən, M.İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib. O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib. Lakin sonradan M.İlyasov verdiyi vədə əməl etməyib. Həmin şəxslərin şikayəti əsasında həbs edilən M.İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittiham irəli sürülüb. Bu cinayət işi üzrə daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. M.İlyasov hökmdən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü ləğv edib. Qərarda bildirilib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Xatırladaq ki, M.İlyasov Pentensiar Xidmətinin keçmiş əməkdaşı olub. Məhkəmənin hazırlıq iclasında o, hazırda təqaüddə olduğunu bildirib.
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO










