Pilotların kütləvi etirazı – 396 reys təxirə salındı

İrlandiyanın “Ryanair” aviaşirkətinin Belçika, İrlandiya, Almaniya, Niderland və İsveçdəki pilotlarının elan etdiyi kütləvi tətil nəticəsində ümumilikdə qitə üzrə 396 uçuş reysi təxirə salınıb. Onlardan 250-si Almaniya xətti üzrədir. Pilotların etiraz aksiyası təqribən 70 min sərnişinin planlarında ciddi problemlər yaradıb. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, pilotlar iş şəraitinin yaxşılaşdırılması və əmək haqqlarının qaldırılmasını tələb edirlər. Onlar bəyan ediblər ki, “Ryanair” aviaşirkətinin biznes risklərini “öz üzərlərində daşımaq istəmirlər” və zəhmətlərinin ədalətli ödənişini gözləyirlər. ““Ryanair” aviaşirkəti biletləri 39 avrodan satır və bir dəfəyə 1,4 milyard avro məbləğində gəlir əldə edir. Aydındır ki, bu zaman dəyən zərər işçilərə olur.” – deyə, Almaniya pilotlarının “Vereinigung Cockpit” Həmkarlar İttifaqının nümayəndəsi Bavariya radiosunun efirində bildirib. O, yaxın vaxtlarda digər etiraz aksiyalarının olacağını da istisna etməyib. Qeyd edək ki, hazırda pilotların maaşları yay vaxtına uyğun hesablanır. Onlar etiraz tətilini sabah başa vuracaqlarını bəyan ediblər. Lakin əmək haqqları artırılmasa aksiyanı davam etdirəcəklər.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












