Pirallahıda şəhidlərə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

27 sentyabr 2024-cü il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “27 sentyabr-Anım Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının icrası və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Avtosfer.az xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirlər ümumilikdə bir neçə hissədən ibarət olub.
İlk növbədə səhər saatlarında təhsil və mədəniyyət müəssisələrində RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilib.
Daha sonra Fəxri Xiyabanda və rayon ərazisində yerləşən Gürgən qəsəbə qəbiristanlığında şəhid məzarları ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Tədbirlərin davamında, RİH başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Regional İnkişaf” İctimai Birliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsinin girişindəki körpünün yaxınlığında ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 200 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacəkmə aksiyası başa çatdıqdan sonra RİH başçısı və qonaqlar Vətən uğrunda abidə kompleksinin qarşısına gəlmiş və burada ümumrayon tədbiri açıq elan olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Pirallahı şəhidlərinin şəkillərinin əks olunduğu abidə kompleksinin qarşısına gül dəstələrinin qoyulması ilə davam etmişdir. Daha sonra, rayon ərazisində fəaliyyət göstərən “4 №li Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələri musiqi nömrələri və şeirlərlə tədbirdə çıxış etmişlər.
Keçirilən tədbirlərin davamı olaraq RİH başçısı Vasif İmanov, millət vəkili Günay Əfəndiyeva və RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhid ailələri və müharibə əlilləri ziyarət edilmiş, onlara sovqatlar təqdim edilmişdir. Ziyarət edilən şəhid ailələri dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
“27 Sentyabr-Anım günü”nə həsr olunan tədbirlərin yekununda RİH başçısının və rayon ictimaiyyətinin Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət etməsi nəzərdə tutulmuşdur.









Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”











