Piyadalar ən çox gecə saatları vurulur...

Son vaxtlar respublikamızda , xüsusilə də, Bakıda piyadavurma halları çoxalıb. Bəs buna görəsən , səbəb nədir? Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Ən azından ona görə ki, bu hadisələrin baş verməsinin bir yox , bir çox səbəbləri var.
Biz bu sualımızı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirliyə ünvanladıq. Cənab rəis dedi ki, Bakı şəhərində piyadavurma hallarının artması öncə bizi, yol polisi əməkdaşlarını daha çox narahat edir. Onu görə də biz paytaxtın əksər küçə və prospektlərində qabaqlayıcı tədbirlər həyata keçiririk. Keçirilən profilaktik işlər zamanı piyadalarla yol polisi səmimi söhbətlər edir, onları maarifləndirir və lazımi tövsiyələr verir. Çox qəribədir ki, yeraltı və yerüstü keçidlərin yaxınlıqda olduğu bir yerdə piyadalar ondan istifadə etmir, yüksək sürətlə hərəkət edən avtomobillərin arasından yolu keçmək istəyirlər.
Bu isə çox təhlükəlidir. Çünki yüksək sürətlə hərəkət edən avtomobil hər an təyin olunmayan yerdən keçən piyadanı vura bilər. Qanuna əməl etməyən , piyadaya yol verməyən sürücü də var, yol hərəkəti qaydalarını kobud surətdə pozan piyada da! Bax bunların günahı, səhlənkarlığı üzündən ölümlə nəticələnən ağır qəzalar qaçılmaz olur. Düzdür, belə sürücülər və piyadalar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edilirlər.
Amma bizim məqsədimiz kimisə , cərimə etmək deyil, intizama dəvət etməkdir. Və çox vaxtda buna nail oluruq. Bir də ən çox piyada vurmalar sutkanın qaranlıq saatlarında olur. Belə ki, yağış yağanda və yollar normal işıqlandırılmayanda piyadavurma hadisələr daha da çoxalır. Piyada elə bilir ki qaranlıq havada sürücü onu yaxşı görür.
Amma bu, belə deyil, çünki sutkanın qaranlıq saatlarında , gündüz saatları ilə müqayisədə yol yaxşı görünmür. Bir qədər yağış yağanda vəziyyət daha da çətinləşir və piyadavurma hallarının baş verməsi üçün münbit şərait yaranır! Deməli, birmənalı olaraq həm sürücülər , həm də piyadalar daha diqqətli olmalıdırlar ki , belə havalarda ağır qəzalar baş verməsin!/adalet.az
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












