Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO

Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir.
Avtosfer.az xəbər verir ki, paytaxtın müxtəlif küçələrində yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır. Bu isə həm narazılıq yaradır, həm də təhlükəsizlik baxımından risk hesab olunur.
Çəkiliş zamanı müşahidə olunub ki, bəzi sürücülər bu qaydalara əməl etmirlər. Hətta reportaj hazırlanarkən çəkiliş heyəti də belə hallardan zərər çəkib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı havada daha diqqətli olmağı tövsiyə edir. Bildirilir ki, piyadaların təhlükəsizliyi bütün hərəkət iştirakçıları tərəfindən mütləq nəzərə alınmalıdır.
Qeyd edək ki, belə hallara yol verən sürücülər aşkar edildikdə İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və ya nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












