Piyadaları vurub öldürərək hadisə yerindən qaçan “Hummer H-3” sürücüsü tutulub

Bakıda piyadaları vurub öldürərək hadisə yerindən qaçan sürücülər tutulub. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 17-də Bakı şəhər sakini Elman Salehovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hummer H-3” markalı avtomobilin sürücüsü saxlanılıb. Bundan başqa, noyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Maştağa qəsəbə sakini Elvira Əlirzayeva vurulub və o, xəstəxanaya yerləşdirilib. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin və Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Binə qəsəbə sakini Hicran Həsənov olması müəyyən edilərək saxlanılıb. Xəzər RPİ tərəfindən araşdırma aparılır. Eyni zamanda noyabrın 22-də saat 6 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 25-30 yaşlı kişi vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilərək saxlanılıb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












