“Playstation” salonlarından oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO

Abşeron rayonunda oğurluq hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Masazır kəndində Azad İmanova məxsus “Playstation” oyun zalından oğurluq edən 20 yaşlı Kamran Mustafayev, 22 yaşlı Hüseyn Quluzadə, 23 yaşlı Ümid Babayev və 19 yaşlı Eldar Mehdiyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri oyun zalından 2 min manat dəyərində 8 ədəd “Playstation 3” aparatı, 2250 manat dəyərində 5 ədəd televizor, 1300 manat dəyərində 1 ədəd kompüter, 450 manat dəyərində 1 ədəd videokamera yaddaşı və 700 manat dəyərində 30 ədəd pult oğurlayıblar. Polis əməkdaşları hadisə baş verən günün səhəri dəstə üzvlərini ifşa edərək saxlayıb. Saxlanılan şəxslər ilkin ifadələrində eyni cinayəti, Biləcəri və Həzi Aslanov qəsəbələrində də törətdiklərini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
















