Poçt, mağaza və evdən oğurluq edən şəxslər tutulub - Biləsuvarda

Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsi və mağazadan, həmçinin yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfin oğurlanması ilə bağlı polisə müraciət edilib. Əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar sakinləri İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıb. Saxlanıldıqdan sonra onların elə həmin gün Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da məlum olub.
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyatla qonşusunun evindən məişət əşyalarını oğurlayan rayonun Xırmandalı kənd sakini Astan Əzizov saxlanılıb. O törətdiyi əməli etiraf edib və qonşusunun evdə olmadığını bildiyi üçün evə daxil olduğunu, oradan televizor və xalça oğurladığını bildirib.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












