Poçtla göndərilən bağlamalarda narkotik vasitələr aşkar edildi - FOTO

Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poşt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0.051 kq olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçərilərkən şübhə doğurduğundan gömrük baxışından keçirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı bağlamadan xiyar toxumları əvəzinə 53 ədəd narkotik xassəli çətənə bitkisi toxumları aşkar edilib. Həmin şəxsin ünvanına yenə də Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan və ümumi çəkisi 0.073 kq təşkil edən digər bağlamadan isə 20 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.
Rusiya Federasiyasından Baki şəhərində yaşayan Azərbaycan vətəndaşının ünvanına beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən digər bağlamaya da eyni üsullarla gömrük baxışı keçirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb.
Belə ki, ümimi çəkisi 0.800 kq olan bağlamadan 45 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.
Aşkar edilən faktlar son dövrlərdə beynəlxalq poçt göndərişləri vasitəsilə ölkəyə daxil olan bağlamalarla bağlı gömrük yoxlamalarının şübhə altına alınmasının, gömrük orqanlarına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bir daha sübut edir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb















