Polis 10 ton narkotik maddə müsadirə edib

İranın Sistan-Bəlucistan bölgəsində polisin keçirdiyi reyd nəticəsində 10 ton narkotik maddə müsadirə edilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Sistan-Bəlucistan bölgəsinə narkotik maddələr qaçaqmalçılıq yolu ilə Əfqanıstandan gətirilir. Onun sözlərinə görə, əldə edilən operativ məlumatlar əsasında əməliyyat hazırlanıb və həyata keçirilib. Əməliyyat zamanı bir sıra evlərdə və bəzi ərazilərdə axtarış aparılıb. Axtarışlar nəticəsində 10 ton narkotik maddə tapılaraq müsadirə edilib. Polis rəisi qeyd edib ki, narkotik qaçaqmalçıları İran ərazisini tranzit kimi istifadə edərək narkotik maddələri Avropa ölkələrinə daşımağa çalışırlar. Rəis qeyd edib ki, ötən illərə nisbətən Əfqanıstanda narkotik maddələrin istehsalı artıb. Bu da qaçaqmalçılıq hallarının artmasına səbəb olub. Hər il İranın Sistan-Bəlucistan bölgəsindən tonlarla narkotik maddə qaçaqmalçılığının qarşısı polis tərəfindən alınır. Bir çox hallarda isə polis və sərhədçilərlə qaçaqmalçılar arasında ölümlə nəticələnən silahlı toqquşmalar da baş verir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












