Polis 11 ton narkotik maddə müsadirə edib

Cari ilin ötən 6 ayı ərzində İranın Buşehr şəhərində 11 ton narkotik maddə ələ keçirilərək məhv edilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat yayan şəhərin polis idarəsinin rəisi Ərəsten Türkməm Əfqanıstanda narkotik maddələrin istehsalının artdığını bildirib. Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə Əfqanıstandan İrana qanunsuz narkotik maddə keçirməyə çalışan 11 avtomobil sürücüsü həbs edilib. Avtomobillərə baxış zamanı külli miqdarda narkotik maddə tapılıb. Son altı ayda hər biri 5 və 7 nəfərdən ibarət olan 21 qrup zərərsizləşdirilib. Bir çox hallarda polis və sərhədçilərlə qaçaqmalçılar arasında silahlı toqquşma baş verib. Polis rəisinin sözlərinə görə, ötən ilin 6 ayında 6 ton narkotik maddə müsadirə olunmuşdusa, cari ilin müvafiq dövründə bu rəqəm 11 tona yüksəlib. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotik maddələri Avropaya daşımağa cəhd göstərirlər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












