Polis 7 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

Ötən gün polis əməkdaşları 7 kiloqrama yaxın narkotik vasitəni götürərək qanunsuz dövriyyədən çıxarıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Masallı rayon sakini, onunla qeyri-rəsmi nikah münasibətində olan qadının Nizami rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə əlavə olaraq çəkisi 970 qram heroin, 2 kiloqram 350 qram marixuana və 10 qramdan artıq güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilərək götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Hüsülü kənd sakini Məzahir Məmmədov çəkisi 3 kiloqram 305 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Hər iki faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












