Polis adı ilə dələduzluq edənə güzəşt edilmədi

Özünü polis kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Rövşən Şükürovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Şükürov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatında olan prosesdə V Şükürovun şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. İttihama görə, vətəndaş Asif Əsədullazadə “Bandotdel”ə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxsin ondan külli midarda pul aldığını bildirib. Əvvəllər məhkum olunmuş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması aşkar edilərək götürülüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












