Polis ekoloji mühitin qorunması məqsədi ilə nəzarət-profilaktik tədbirlər həyata keçirir

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, növbəti tədbirlər zamanı Lənkəran rayonu ərazisində yerləşən bir neçə istirahət mərkəzində çirkab suların dənizə axıdılması, meşə fondu ərazisində torpağın üst münbit qatının korlanması, həmin ərazidə 2 ədəd palıd ağacının zədələnməsi və atmosfer havasına zərərli maddələrin atılması müəyyən edilib.
Həmçinin davam etdirilən tədbirlərlə rayonun Kənarmeşə, Şilavar və Sütəmurdov kəndlərində tullantı sularının kənara təyinatsız axıdılması və məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması aşkarlanıb. Həmin istirahət mərkəzlərinin məsul şəxsləri və işçiləri də daxil olmaqla, 6 nəfər barəsində inzibati protokollar tərtib edilib.
Paytaxtın Xəzər, Qaradağ, Xətai və Suraxanı rayonlarında keçirilən tədbirlər zamanı isə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması halları müəyyən olunub və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə 8 nəfər barəsində inzibati tədbir görülüb.
Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












