Polis əməkdaşları 10 qulduru güllələyib

Meksikanın Quanxuato ştatında polis əməkdaşları onlara hücum edən cinayətkar qruplaşmanın 10 üzvünü güllələyib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Universal" nəşri xəbər verib. Bildirilir ki, Herekuaro rayonunda "Halisko – Yeni nəsil" qruplaşmasının üzvləri ölkənin federal polisinin xüsusi təyinatlı dəstəsinə hücum edib. Sayca cinayətkarlardan az olmalarına baxmayaraq, yaxşı təlim görmüş polis əməkdaşları hücumçulardan 10-unu öldürüblər. Silahlı qarşıdurma zamanı daha 5 nəfər yaralanıb. Onlar arasında 1 polis əməkdaşı və 1 həkim də var. Geri çəkilən cinayətkarlar asan şəkildə qaçmaq üçün şosedəki avtomobilləri yandırıblar. Atışmanın baş verdiyi ərazidə cinayətkarların 7 avtomobili müsadirə edilib. Onlardan 4-ü axtarışda olub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












