Polis əməkdaşları külli miqdarda narkotik vasitə götürüblər

Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 22-də keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkar edilib. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Nərimankənd kənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər və görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi S.Əhmədov da saxlanılıb və odan da marixuana götürülüb. Davam etdirilən tədbirlərlə S.Əhmədovun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu da məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada becərdiyi 41 ədəd çətənə kolu və çəkisi 485 qram olan marixuana da aşkar edilərək götürülüb. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Fərid
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












