Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs güllələndi

Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A.Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyevin paytaxtın N.Nərimanov rayonu ərazisində gizləndiyi müəyyən olunub və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.
Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z.Əliyevi məhv ediblər. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












