Polis idarəsində çatışmazlıqlar aşkarlanıb

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə, habelə həmin RPİ-nin 19 və 22-ci polis şöbələrinə və 20 və 21-ci polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkib.
Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, bütün kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.
MSY-də saxlanılan inzibati həbs olunmuş, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib və müraciətlər dinlənilib.
Qəbul edilmiş bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.
Yekunda müəssisə rəhbərliyi ilə sənədləşmənin və saxlanma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin təmini məsələsi müzakirə olunub, milli və beynəlxalq qanunvericilik əsasında əməkdaşlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, müvafiq tövsiyələr verilib.
Nəsimi RPİ-nin 19 və 22-ci polis şöbələrinə və 20 və 21-ci polis bölmələrinə də keçirilmiş başçəkmələr zamanı saxlanılan şəxs olmayıb, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun müddəaları əsasında məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












