Polis idarəsində din xadimləri ilə görüş olub

Xəzər Rayon Polis İdarəsində rayon ərazisində fəaliyyət göstərən məscid və ziyarətgahların rəhbərləri ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya Rayon Polis İdarəsindən məlumat daxil olub. Məlumata görə, din xadimləri ilə dini fəaliyyətlə bağlı mövcüd qanunvericiliyin tələblərinə uyğun izahedici söhbət aparılıb. Onların nəzərinə dini mərasimlər zamanı radikalizm və ekstremizm mövzusunda təbliğatın aparılmasının, məscidlərə məhərrəmlik mərasimlərində istifadə olunan əşyaların gətirilməsinin, zəncirvurma, sinəvurma, baş yaralama və digər özünə xəsarət yetirmə hallarının, xüsusilə yetkinlik yaşına çatmayanların həmin mərasimdə iştiraklarının yolverilməzliyi çatdırılıb. Həmçinin din xadimlərinə tövsiyə olunub ki, radikal dini fəaliyyətin qarşısının alınması və profilaktikası üçün mütəmadi izahedici iş aparsınlar.

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












