Polis idarəsindəki ölümlə bağlı - Videomüraciət

Qazax Rayon Polis Şöbəsində öldüyü deyilən Elmir Axundovun bacısı Ülviyyə Axundova videomüraciət yayıb. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, Ülviyyə Axundova qardaşı Axundov Elmir Mirzə oğlunun ölümü ilə bağlı sentyabrın 28-də “Youtube” kanalında çıxış etdiyini və bu çıxışının bəzi müxalif qüvvələr tərəfindən siyasi məqsədlər üçün istifadə edildiyini bildirib. Mərhumun bacısı qeyd edib ki, hazırda qardaşının ölümü hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır. O, 20 ildir YAP-ın üzvü olduğunu, müəllimə işlədiyini, polisə və qanunlara inandığını, qardaşının ölüm səbəbinin obyektiv araşdırılacağına əmin olduğunu bəyan edib. Ülviyyə Axundova qardaşının ölümünə heç bir siyasi don geyindirməməyi, insanların acı və kədərinə hörmətlə yanaşmağı xahiş edib. Xatırladaq ki, Elmir Axundovun Qazax Rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edilib ki, istintaq zamanı, həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










