Polis işçiləri parlament binasına hücum ediblər

Papua-Yeni Qvineya polisi paytaxt Port-Morsbi şəhərində Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində fəaliyyətinə görə kompensasiya tələbi ilə parlament binasına hücum edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Post-Courier” qəzetində dərc olunan press-relizə əsasən, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq təşkilatının konfransının uğurlu keçirilməsində milli hökumətə yardım edən təhlükəsizlik qüvvələri onlara heç bir kompensasiya verilmədiyi üçün narazılıqlarını bu yolla bildiriblər. Polislər parlament qarşısına toplaşıb, onun işinə maneə olub, sonra isə binaya hücum ediblər. Nəticədə binanın fasadına zərər dəyib, şüşələr sındırılıb. İnsident zamanı nazirlər və yerli siyasətçilər parlament binasında olub.
Xatırladaq ki, “ASİƏ-2018” sammiti noyabrın 17-18-də Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi şəhərində keçirilib. Görüş dünyanın ən böyük iqtisadi gücləri – Çin və ABŞ arasında davam edən ticarət müharibəsi fonunda baş tutub.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












