Polis işçisi ikinci dəfə ömürlük həbs cəzası aldı

İrkutsk vilayətinin Anqarsk şəhərində ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş milis işçisi Mixail Popkova bu cəza ikinci dəfə verilib. Avtosfer.az oxu.az-a istinadən bildirdiyinə görə, bu haqda “İnterfaks” məlumat yayıb. M.Popkovu xüsusi amansızlıqla törədilən daha 60 qətldə və qadınlara qarşı təcavüzdə, eyni zamanda, 1999-cu ildə milis həmkarının qətlində gühanlandırıblar. Keçmiş asayiş keşikçisini kiçik leytenant rütbəsindən də məhrum ediblər. İstintaqın məlumatına görə, M.Popkov 1992-ci ildən 2010-cu ilə qədər 84-dən çox qətl törədib. Onun qurbanları 16 yaşdan 40 yaşa qədər olan qadınlar olub. 2015-ci ildə M.Popkov 22 qətldə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin o digər qətllər də törətdiyini boynuna alaraq “Qara delfin” xüsusi rejimli koloniyasına keçidini tezləşdirib. Yekun iddianamə ilə birlikdə cinayət işinin həcmi 322 cild təşkil edib. Məhkəmə psixiatrları M.Popkova “homisidomaniya” (öldürmə ehtirası) diaqnozu qoyublar ki, bu da ruhi xəstəlik hesab olunmur.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












