Polis maşınını pulsuz yumaq istəmədilər, döyüldülər

Moskvanın Xamovniki rayon məhkəməsində 35 yaşlı iki polis əməkdaşı barəsində cinayət işi üzrə iclasa hazırlıq gedir. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının əməkdaşları avtoyuma məntəqəsində çalışan gəncləri maşını pulsuz yumaqdan imtina etdikləri üçün döyüblər. Hadisə aprelin 28-də baş verib. Avtoyuma məntəqəsinə gəlmiş polis işçiləri maşınlarının pulsuz yuyulmasını tələb ediblər. Məntəqədə çalışan işçilər imtina etdikdə, polis əməkdaşlarından biri məntəqənin müdirinə azca pul verib və həmin vaxt dizi ilə onun qasıq nahiyəsinə zərbə endirib. Zərərçəkmiş qapalı travma və xayasının sağ hissəsinin hematoması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bundan sonra polis əməkdaşları güc və xüsusi vasitələr tətbiq etməklə avtoyuma məntəqəsinin iki əməkdaşını polis şöbəsinə gətiriblər. Sonradan onlar avtoyuma məntəqəsinə qayıdaraq, orada olan işçidən pullarının qaytarılmasını tələb ediblər. Döyülməkdən qorxan işçi öz cibindən polislərə pul verib. Məhkəməyə qədər artıq keçmiş polis əməkdaşları ev dustaqlığına məhkum olunublar.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










