Polis maşınla vurulub öldürülən şəxsin yaxınlarını axtarır - FOTO

Cari ilin oktyabr ayının 19-da Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində müəyyən edilən avtomobilin sürücüsü tərəfindən təxminən 55-60 yaşlarında kişi piyada vurulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb. Keçirilmiş əməliyyat tədbirləri zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağdır. Piyada vurulan zaman əynində tünd göy rəngdə qısaqol köynək və qara rəngdə şalvar olub. Dünyasını dəyişən piyadanın sol əlinin biləyində kiril əlifbası ilə “Zenfira”, sol əl nahiyyəsində “ANA”, sol ayağının pəncəsində “Çox sağ ol”, sağ ayağının pəncəsində “TƏMİZ YU” və sol əlinin barmaqlarının üzərində “19?1” döymələri var.
Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sumqayıt Şəhər Polis İdarəsinə (018) 65-4-02-02, (012) 590-66-10, həmçinin (077) 458-17-18, (050) 363-99-90 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Fidan

Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










