Polis məhkəmə qərarını icra etməyən şəxsi saxlayıb

Bakıda məhkəmə qərarını icra etməyən şəxs saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Ceyhun Elçin oğlu Mehrəliyev Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olub. O, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub. Qeyd edək ki, C.Mehrəliyev Nazilə Şirinova adlı qadınla qeyri-rəsmi nikahda yaşayıb. Onların bu nikahdan bir övladları dünyaya gəlib. Sonradan C.Mehrəliyevlə N.Şirinova arasında münaqişə yaranıb. Qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. C.Mehrəliyev qeyri-rəsmi həyat yoldaşını bıçaqlayıb. Ona görə də barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdı.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












