Polis meyvələrə iynə sancan yeniyetməni həbs edib

Avstraliya polisi çiyələklərə iynə sancdığını etiraf edən yeniyetməni həbs edib. Meyvələrin içərisində aşkar edilən iynələr son günlər ölkədə böyük hay-küyə səbəb olmuşdu. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels ştatı polis komissarının köməkçisi Stüart Smitin bildirdiyinə görə, yeniyetmə çiyələklərə iynəni əyləncə məqsədilə taxdığını etiraf edib. “Biz əyləncə məqsədilə bir çox oyunlardan çıxdığını, o cümlədən çiyələklərə iynə sancdığını etiraf edən yeniyetmə oğlanı tapmışıq, onunla yeniyetmələrlə işləyən polis məşğul olacaq”, - deyə S.Smit bildirib. Çiyələkdə iynə tapılması ilə əlaqədar hadisə ilk dəfə Kvinslend ştatında qeydə alınıb. Sonrakı günlərdə digər ştatlarda da sakinlər belə hallarla qarşılaşıblar. Eyni zamanda, alıcılar alma və bananda da aşkar edilən kəskin metal cisimlər barədə məlumat veriblər. Meyvələrdəki iynələrdən xəsarət alanların dəqiq sayı barədə məlumat yoxdur. Hakimiyyət orqanları daxil olan 100-ə yaxın şikayət barədə məlumat yayıb. Bu hadisə həm alıcıların, həm də istehsalçıların narahatçılığına səbəb olub. Kvinslendin hakimiyyət orqanlarının bildirdiyinə görə, Rusiya və Böyük Britaniyadakı bəzi tərəfdaşlar Avstraliyadan çiyələk almaqdan imtina ediblər, Yeni Zelandiya isə Avstraliya çiyələyinin bütün supermarketlərdən çıxarılacağını bəyan edib. Avstraliyanın hakimiyyət orqanları ixraca gedən çiyələyə nəzarəti gücləndirmək məqsədilə əlavə tədbirlər görüb. Avstraliyalı siyasətçilərin əksəriyyəti və sosial şəbəkə istifadəçiləri ölkənin meyvə sənayesinin müdafiəsinə qalxıblar. Onlar alıcıları fermerləri dəstəkləməyə və meyvə almaqdan imtina etməməyə çağırıblar. Təklif olunub ki, meyvələri qəbul etməzdən əvvəl onları mütləq kəsmək lazımdır.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










