Polis onlarla çeçeni reketliyə görə saxlayıb

Fransa polisi şənbə günü Paris yaxınlığında irimiqyaslı əməliyyat keçirib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, əməliyyatın gedişatında reket qruplaşmasının üzvü olan 23 çeçen saxlanılıb. Əməliyyat Livri-Qarqan (Parisdən şimal-şərqdəki Sena-Sen-Deni departamenti) şəhərində keçirilib. Saxlanılan 23 nəfərin hamısı cinayət başında – onlar sürücülərdən pul alan vaxt yaxalanıb. Qruplaşma üzvləri Parisə Şərqi Avropadan, ilk növbədə Polşadan, Moldavadan və Ukraynadan gələn yük avtomobillərinin sürücülərinin əksəriyyətindən 200 avro məbləğində "haqq" alırmış. Qeyd edək ki, bir müddət əvvəl Siciliyada da hüquq-mühafizə orqanları və digər güc strukturları "Santapaola-Ercolano" mafioz qruplaşmasının 24 üzvünü saxlayıb. Mafioz qruplaşma üzvləri qanunsuz silah saxlamaqda, yerli sahibkarlara qarşı təhdidlərdə və reketlikdə təqsirləndiriliblər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












