Polis paltarı geyinib terminalları soydu

Azərbaycan vətəndaşı Rusiyanın İjevsk şəhərində dələduzluq edib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə İjevsk prokurorluğunun məlumatında deyilir. Bildirilir ki, ittiham edilən şəxs martın 3-də dayanacaqlardakı pavilyonlarda satıcılara yaxınlaşaraq, özünü polis əməkdaşı kimi təqdim edib. O, xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirildiyini deyərək, birja terminallarını götürüb. Bununla da, Azərbaycan vətəndaşı naməlum şəxslərlə Vorovski və Puşkinski küçələrində iki terminalı aparıblar. Dələduzlar terminalları kirayələnmiş avtomobillərdə ərazidən uzaqlaşdırıblar. Lakin cinayətkarların üçüncü cəhdi alınmayıb. Lenin küçəsində satıcı onlardan vəsiqələrini tələb edib və sonuncular qaçmağa məcbur qalıblar. Dəstə üzvlərinin vurduğu ziyan 125 min rubl (3 min manat) dəyərində qiymətləndirilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












