Polis qadına qarşı soyğunçuluq edən şəxsi saxlayıb

Bakının Nizami rayonu ərazisində soyğunçuluq edən şəxsi polis yaxalayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 17-də axşam saatlarında Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb. Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis Şöbəsinə təhvil verilib. Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












