Polis qardaşını öldürən cüdoçu xəstəxanaya göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov vəsatət verib.
O, müvəkkili Ə.Əliyev barəsində kompleks-məhkəmə stasionar psixiatrik və psixoloji ekspertizanın keçirilməsini istəyib.
Vəsatət təmin edilib. Ə.Əliyev 1 saylı Psixiatriya Xəstəxanasına göndərilib.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.
1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə kunq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.
Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Ə.Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.
Ə.Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












