Polis rəisi öldürüldü: 2 nəfər yaralanıb - FOTO

Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdinin qətlə yetirilməsinin səbəbi məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisəyə səbəb təyinatdır. Belə ki, Derepazar rayon Polis şöbəsinin məmuru İ.S. polis rəisi Altuğ Verdi ilə görüşmək üçün əyalət mərkəzinə gedib. O, görüşə girərkən xidməti silahı və mobil telefonunu təhlükəsizlik xidmətinə təhvil verib. Onlar görüşdükdən sonra polis məmuru oradan aralanıb. Telefonu və silahını geri aldıqdan sonra qaça-qaça Altuğ Verdinin kabinetinə girərək rəisini, şəxsi heyət komandiri Ercan Polatı və mühafizə xidmətinin əməkdaşı Yigit Can Köksalı güllələyərək yaralayıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, polis rəisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.

*** 17:14
Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdi polis məmurunun açdığı atəş nəticəsində ölüb. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, polis məmurunun açdığı atəş nəticəsində rəisin iki cangüdəni də yaralanıb. Nazir deyib ki, polis əməkdaşlarından faktla bağlı ifadə alınır. Hadisənin başvermə səbəbi araşdırılır. Hadisəni törətməkdə şübhəli bilinən polis əməkdaşı tutulub.
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA













