Polis rəisi Rəqsanənin evini əlindən alır - 450 minlik qalmaqal

Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır. Avtosfer.az open.az-a istinadən xəbər verir ki, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib. Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılaraq xüsusi qərar çıxarılıb. Qərara əsasən, Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib. Bununla da razılaşmayan müğənni Konstutisiya Məhkəməsinə müraciət edib. Hazırda onun şikayəti icraata götürülüb.
Qeyd edək ki, Rəqsanə İsmayılova bir neçə il əvvəl F.İbrahimovdan 419 min manat borc alıb və müqabilində Nəsimi rayonu ərazisində yerləşən mənzilini girov qoyub.
Müğənni pulu qaytara bilmədiyindən polis rəisi onun mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib. Əldə etdiyimiz məlumata görə, Rəqsanə İsmayılova iddia edib ki, borc aldığı pulun 332 min dollarını qaytarıb, lakin əsas borcu qaytara bilməyib. O, borcu tam qaytara bilməməsini dolların qalxması ilə əlaqədar olduğunu bildirib. Hazırda Əli İbrahimov Rəqsanə İsmayılovadan 450 min manat pul tələb edir.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












