“Polis telefonu əlimdən alıb şəkli sildi” - İngilis jurnalist

“Evening Standard”ın ingilis jurnalisti Ceyms Olley Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” – “Arsenal” oyununu işıqlandırmaq üçün Bakıya gəlib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, matçdan sonra Olley Bakı metrosunda əhalinin sıx olduğu zaman şəkil çəkib və öz hesabında paylaşmaq istəyib. Jurnalist bildirib ki, polis onun əlindən telefonunu alaraq fotonu silib. Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, bildirib ki, bu tamamilə qaydalara uyğundur. Metroda foto çəkib paylaşmağa icazə yoxdur: “Polis qanunla hərəkət edib. Əgər metrodan kimsə foto paylaşmaq istəsə, hüquq-mühafizə orqanları onun qarşısını ala bilər”. Qeyd edək ki, oyunda "Arsenal" 3-0 hesabı ilə qalib gəlib.

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












